Təbiyyətdən fotoqraflarım







Нежность BIRDS
Hər tərəfdə çiçəklər açıb. Hər tərəf o qədər gozəldir ki insanın evə gəlməsi gəlmi.r Sadəcə təbiyyət qoynunda olmaq istəyir insan. Təsüf ki işlərdən buna zamanım yoxdur. Lakin günlərin birində kamputer qabağında dərs oxuyarkən pəncərəmdən iki quşun bir biri ilə nə qədər mehriban olduğunu gördüm. Mehribanlıq sadə bir sözdur. Mən burda bu kadrda sevgi gördum!
Bu quşlar bir birini növbə ilə masaj etdilerş Sonra isə günəş batana qədər... Özünüz baxın.
Bu gündə günəş çıxıb
Dərslər qurtarır. Bu semester imtahanlarımdan keçdim. Bir tələbə kimi sevincimi bura yazmaq boş şeydir. Dağ başına çıxıb sevincimi bağırmaq istərdim. MƏN YAXINDA MƏZUNAM!!!!!
Bu baharı yaxından hiss edə bilmədim. Kamputer qabağında minlərcə social psixoloqa aid olan sözlər hüquqi davranışların kəlmələri məni baharsız günlərə məhkum etdi. Yaxında bitirirəm. Yaxında işləyirəm və yaxında yeni heyata salam deyib şirniyatları tək bişirməyəcəm. O günü bir həvəslə gözləyirəm ki. 
Bahara salam
Isveçde her il aprelin 30a tonqal bayramini qeyd edirlər. Örebro şeherində bu gün daha maraqlı keçir. Hami çöle gelib bahari Örebro qalasinin qarşısında tonqal qirağında keçirir. Gecənin şəkilleri budur. 


Sonra ise bayram fishenglere sona geldi. Fishengler o qeder gözel idi ki. Belke Bakida bunnanda gözelleri var. Bir gun allah qoysa onuda görerem. Videyoda oldu. Aşağıda görünür
Tulpanlarım bir şam işığında




Torana haqda
Bir gün kitab yazacam. Bəzən o kitabı yazıram ama nə zaman bitəcəyini bilmirəm.
Mən, cəlb edən qanuna çox inanıram.
Mən bəzən çox danışan qızam. Bəzəndə heç danışmıram. Lakin ətrafımda olan insanlara özümü tez bəyəndirirəm. Çünki bilirəm ki hamı yemək yeməyi sevir və hamı kiminsə onların dərdlərinə qulaq asmağını istər. Hamıya qulaq asmaq çox vacibdir. Məncə insanlıqdır.
Qışı qarı xizək sürməyi sevirəm. Birdəki idman mənim ən böyük zövqumdür. Marafon yarışmalarınan iki medalım varş 1 il müsəlman qadınlarına üzgüçülük örgətdim. Üzgüçülük ən güclü bacarığımdır.
All you need is just love. Həyat sevgidən ibarətdir. Həyat yoldaşıma sevgim, dostlarıma, ailəmə sevgim çox dərindir.
Hamıya bir məsləhət vermək istərdim; Senin səndən enerjini alan adamlardan uzaq dur. Bizə onlar lazım deyil. İkinci məsləhətim isə; Həmşiə özün ol.

Malinalı və böyürtkən muzlu tortum

Bəli bu gördüyünüz gözəl və dadına dayanılmaz tort bu baharı dahada gözəlləşdirir.
Reseptimi deyirəm bir sizədə yazım sizdə hazırlayasız.

Qaymaq qatılanacan çırp. Sonra xamanı əlavə et. Ən axırda isə soyumuş jelatinli malina şirəsini qaymaqa yavaşca tök. Tökə tökə qarışdır qaymağı.
Donmuş tort əridikdən sonra o qədər ləzzətli olur ki. Hələ bir günnen sonra daha dadlı olur.

Hər gün ağ olsun




Hazırlıq

Saat bir saat dala çekilib
Mən uşaqlıqdan səhər yeməyini sevməyən biri olmuşam. Ama yemeyə çalışıram çümki səhər yemeyi imunitetə yaxşıdır, xeyirlidir. Bu günde dünyanın ən ətirli ama ən dadsız çiyələyini yedim. Yogurtun içinə dilimləyəndə ətri məni ye deyir ama bir qram dad deyiləcək bir şey yox idi. Bu vaxta çiyələk yeyərlər? Sadəcə səhər yeməyini iştahla yeyim deyə zamansız meyvə yeyirəm.
Yoqurtun içindəkilər bir az qara kişmiş qovrulmuş semiçka və badam tumu. Bir azda yulaf. Bir sözlə Əsil incəlik yeməyi.


Kənd gəzıntisi





Bahar fotoqraflarım








Peti Çeir kökəsi

İçindəkilər:
Bir deciliter yarım su
75 qram kərə yağı
Bir deciliter yarım un
2 ədəd yumurta

Krem:
Çalınmış qaymaq
2 xörək qaşığı şəkər pudrası
Hazırlanması:
1. Su ilə yağı qızdır
2. Yağlı suya unu əlavə et və xəmir qazanın dibinnən qopana qədər qarışdır
3. Xəmir syuduqdan sonra iki yumurtani xəmirə qat və xəmirlə yumurta tam qarışanacan xəmiri qarışdır
4. Sonra isə sobanın dəmir qabının üstüne yağlı kağız qoy. Bir plastmas torbanın ucunu qayçı ılə bir az kəs. Xəmiri torbaya qoy və sobanın qabina uzun formada yay. Şəkildəki bulkular kimi
5. Sobada 35 dəqiqə bişsinlər. Ama sobanın ağzını kökələr bişən vaxtı heç vaxt açma.
Kremin hazırlanması
Şəkər tozu ilə qaymağı çal. Qaymağın miqdarını özünüz təyin edin çünki qaymaq sevib sevmeyenlərdə var. Qaymaqlı istəsəniz başqa kremde əlavə edə bilərsiz.
Kökələr sobadan çıxdıqdan sonra sırazı ortadan bölün ki havası çıxsın. Sonra isə istədiyiniz kremi ortasına əlavə edə bilərsiz.

Yaşamaq üçün qələm lazımdır
Yazıların olmasa= Tələbə ola bilməzsən
Tələbə olmasan = Səhvdir
Səhvin olsa =Diplom alabilməzsən
Diplomun olmasa = İşin olmaz
İşin olmasa = Pulun olmaz
Pulun olmasa = Yemeyin olmaz
Yemeyin olmasa = Ac qalarsan
Ac qalsan = Çirkin olarsan
Çirkin olsan = Bəyənilməyəcəksən
Bəyənilməsən= Evdə qalarsan
Evdə qalsan = Ailən olmaz
Ailən olmasa= Uşağın olmaz
Uşağın olmasa = Tək qalarsan
Tək qalsan = Deprseiyaya düşərsən
Depresiyaya düşsən = Xəstə olarsan
Xəstə olsan = Ölərsən
CAVAB: Qələmini itirmə yoxsa ölərsən
♥


