1001 resepten biri "Pizza kökələri"


Pizza kökələrının xəmiri
**********
4½ decililiter un
4½ decililiter un
1 xörək qaşığı bikarbonat (kabartıcı tozu)
Bir çimdik duz
100 qram şoritzo kalbasası
1 ədəd qırmızı bibər
1 ədəd qırmızı bibər
2 yumurta
2 ½ deciliter qatıq
6 xörək qaşığı semiçka yağı
1 diş sarımsaq
Keşniş, basilika, çüyüd nə göyərtinvarsa olar. Dada və zövqə uyğun birini seç

Pizza kökələrının hazırlanması
***********
Sobanı 200 dərəcəyə qoy. 12 ədəd kökə kağızlarını kökə qablarına (muffins qabı)yerləşdir.
1. Bir qabın içinə unu, bikarbonatı, duzu əlavə et ve qarışdır.
2. Yumurtanı bir az başqa kasada çal. İçinə sonra qatığı, semiçka yağını və əzilmiş sarımsağı əlavə et və qarışdır.
3. Bibəri, kalbasanı, seçdiyin göyərtini doğra. Və unun içinə tök.
4. Çalınmış yumurtalı yağı bibər və kalbasalı una əlavə et və xemir formunda olanacan qarışdır AMMA çox qarışdırma. Bikarbonat çox qarışsa kökələr şişmir.
4. Çalınmış yumurtalı yağı bibər və kalbasalı una əlavə et və xemir formunda olanacan qarışdır AMMA çox qarışdırma. Bikarbonat çox qarışsa kökələr şişmir.
5. Hazır xəmiri qablara yerləşdir. 14 ədəd kökə olur.
6. Sobada 20 dəqiqə bişir


Nuş olsun!
Hədiyyəmi bloqda paylaşıram
O gün məndə sevindim. Həmdə lap çox sevindim. Bir adam ki şirniyyat xəstəsi olsun və onada bir kitab hədiyyə olunsun içində 1001 dənədə resept. İnsanın üzü bir adi vərəq parçaları üçün nə qədər geniş gülə bilir mənə o maraqlıdır. Həmdə bu yaşda. Bu il 355 günnən ibarətdir. Məndə isə 1001 resept var. Görək neçə dənəsini sizinlə paylaşa biləcəm

Bu günkü reseptim Almali və qozlu vanilya kökəsi olacaq.
İçindəkilər
~~~~~~~~~~~
120 qram yağ
2 dessilitir şəkər
400 qram un
2 ədəd çalınmış yumurta
1½ çay qaşığı kabartma tozu
100 qram qoz
1 ədəd alma

Hazırlanma qaydası
~~~~~~~~~~~~~~~~~
Sobanı 170 dərəcə istiyə qoy ki qızsın
1. Yağla şəkəri köpuklənəcən çal
2. Çalınmış yumurtanı vanilya ilə bərabər yağın üzərinə tök və yenidən çırp
3. Unla kapartma tozunu üzərinə əlavə et və yaxşıca qarışdır
4. Qabını yaxşıca yağla və üzərinə kokos varsa dibinə tök. Yoxsada eybi yox.
5,Xəmiri qaba yerləşdirdikdən sonra qoz ləpəsini və dilimlənmiş almanı xəmirin içinə bas. Sobanın orta yerində qoy 30,40 dəqiqə bişsin.


Nuş olsun!


Bu həftənin dadları



Ən birinci şəkilim yaqıdı meyvəli panakotta dezerini təqdim edir. Mən yumuşaq və şirinliyi az olduğundan bu dezeri çox bəyənirəm. Lakin diyeta edənlər üçün çox ziyanli bir şirniyatdır. Kaloria dolu olduğundan.
Panakottanın
içindəkilər sadece bir çimdik vanilya, 2 stəkan qaymaq və ərinmiş jelatinnən ibarət olur. Bunlari bir yerdə bir az isitdikdən sonra qablara tıkurəm sonra isə 20 dəqiqəlik soyuducuda saxlayiram. Süfrədə isə üzərinə şəkərə batırılmış yaqıdı meyvəsi qoyuram. Oldu hazır.
İkinci piçenyaların hazırlanmasıda çox hasantdır. Çayla süfrə başında kiçikdən böyükəcən sevilən bir
Kokos peçenyasıdır.
125 gram yağ
150 gram şəkər
1 yumurta
75 gram kokos
200 gram un
1 çay qaşığı kabartıcı tozu
Sobanı 200 dərəcə istiyə qoy və peçenyanı hazırlamağa başla.
Yağla şəkəri əməllicə çal. Sonra ayrı qabda çalınmış yumurtanı üzərinə əlavə et. Qarışdır. Sonra isə kokos un və kabardıcı tozu ayrı qabda qarışdır və Şəkərli yağın içinə tök. Sobanın qabını yağlakı peçenya yapışmasım. Bir xörək qaşığı xəmir qoy və əıinnən üzərinnən bas ki yumuru peçenya formasında olsun. Sobada 10 15 dəqiqədə bişəcək.
Yağla şəkəri əməllicə çal. Sonra ayrı qabda çalınmış yumurtanı üzərinə əlavə et. Qarışdır. Sonra isə kokos un və kabardıcı tozu ayrı qabda qarışdır və Şəkərli yağın içinə tök. Sobanın qabını yağlakı peçenya yapışmasım. Bir xörək qaşığı xəmir qoy və əıinnən üzərinnən bas ki yumuru peçenya formasında olsun. Sobada 10 15 dəqiqədə bişəcək.
Bizim evdə alınma soklar qadağandır. Süfrədə evdə bişmiş yemekləri yemək qanunumuz var. Məndə bu qanuna əməl etmək məcburundayam. Ama naşükür deyiləm. Sağlamlıq vacibdir. Hə zəhmət hə ləzzət deyə fikirləşirəm. Dedim sizədə meyvə kampotumu təqdim edim.
Çiyələk kampotu
Çiyələk kampotu
100 qram buzdamış çiyələk
1 ədəd qırmızı alma
1 stəkan yaqıdı
300 qramda şəkər
Əslində əlimə nə meyvəsi gəldi qazana atıram. Ama meyvənin öz ağırlığınnan 100 qram çox şəkər tökürəm. Qazanın başinacanda su sonra isə meyvənin iyi evi basankimi qazanı istidən götürürəm.
Evimi ev edən Allahın verdiyi hər nemətin dadıdır. Hər nemətə şükür demək lazım!

Çin toyunun tortu
Bir rəfiqəmin rəfiqəsi evlənirdi. Məndən toylarının tortunu bişirməyimi istədilər. Məndə həmi dedim. Dekabır ayında çatdıra bilmədiyimdən bəzən yox demək məcburunda idim. Buda ki inciklərə məhbus olur. Lakin doğurdanda bəzən çatdıra bilmirəm.Dərslərim vaxtımı çox alır deyə.
Tortum bu oldu mənim. Bəy və gəlin dadınnan və ləzzətinnən çox heyran qaldılar.
Tortum bu oldu mənim. Bəy və gəlin dadınnan və ləzzətinnən çox heyran qaldılar.
Gəlin və bəyin İmzalarını həmişə tort mərtəbəsinin qabının altına alıram.

Gəlin və bəyimiz

Fevral ayında sifariş ala bilməyəcəm. Vaxt azlığına görə. Lakin Martın 3de olan sifarişin planını indiden cızıram. O tort çox gözəl bir tort olacağı üçün dua edirəm. Böyük sifarişdir deyə
Tətil tortum
Bəzən soyuducuda yenilik yaratmaq istəyirəm. Dadı və ətri başqa olan bir ləzzət dahada maraqli olur. Maraqlısıda odur ki mən evə bir şey bişirəndə heç bəzəyə əhəmiyyət vermirəm. Təki dadı ləzzətli olsun. Tətilin ləzzətini bu cur çixartmaq gərək :)
Xəmir
3 yumurta
200 gram şəkər
100 gram un
100 gram kraxmal
1 çay qaşığı bikarbonat
Yumurta və şəkəri köpuklənəcək çal. Un kraxmal və bikarbonatı qarışdır və şəkərli yumurtaya qat. 250 dərəcə isti sobada 30 dəqiqə bişir
Çiyələk şəkəri
200 qram Çiyələk
100 qram şəkər
1 çay qaşığı viski
10 saat qabda qalsın ki dadı bir birinə qarışsın
Krem
Vanilya ilə qarışdırılmış qaymaq



Yeni tortlar bu il dahada çox bişəcək
Ötən il çox meyvədən istifiadə etdim. Bu il isə jelatinli cemlərlə tortlarımı bəzəməyi örgənəcəm. Maraqlı günlər məni gözləyir. Təbi ki sızlərlədə reseptlərimi paylaşacam




