Sevgililər günü
Fikir verirem bəzi subay dostlarım sabaxki günün olmamağını istərdilər. Ama məncə sabaxki gün sadəcə sevgilin olmalıdır demək deyil. Senin nə qədər sevdiyin var o deməkdir. Anan, atan, bacı, qardaşların və dostların.
Birdə onada fikir verirəm ki insanlar yanlarında sevgilisi olmayanda özlərini normaya uyğun olmayan kimi hiss edirlər. Eger sədə onlardan birisənsə səndə bir məsləhətdə bulunmaq istərdim.
Birdə onada fikir verirəm ki insanlar yanlarında sevgilisi olmayanda özlərini normaya uyğun olmayan kimi hiss edirlər. Eger sədə onlardan birisənsə səndə bir məsləhətdə bulunmaq istərdim.

Işmi axtarırsan?
Men ilk dəfə 16 yaşimda işləməyə, pul qazanmağa başladım. Mənə verilən aylıq heç avtobus puluma çatmırdı. Özümü teriflemirəm ama 16 yaşımda yadımdadı ki özümə söz verdim ki başqaları qoy məni tərifləsin. 16 yaşımda iş axtaranda çox şeyler qabağımı kəsirdi. Təbi ki yaşım kiçik olduğundan. Ama görnüşüm 18_19 yaşını göstərirdi. Mən bir hotele gəlib CV verəndə (Reseptionist olmaq istəyirdim) Şef mənə dedi ki sən burda işləmək üçün çox kiçiksən. O günümü indidə heç unutmuram. Bəli yetişkən yaşlıyla dünya görmuş adamla üzləşmək olmaz ama mənim cavabım bu qadına belə oldu:
İşverən sənə baxır və soruçur; Hə de görüm sən nə etmisən?

Sən düz deyirsən, mən çox gəncəm və dünya görmüş adam deyiləm.
Lakin məncə bu hotelde işləyənlər müştərilər üçün həyatın mənası nədir deyə başa salmırlar.
Bir reseptionist sadəcə müştəri qarşılayıb hotelin qayda qanununu başa salır. Əgər bu sizi maraqlandırırsa onuda deyim ki, bəzi filosof və riyazatçilar orta məktəb illərindən nə olduqlarını bilərək karrieralarında uğur qazanırlar və məndə onlardan biriyəm.
Təbi ki işə alındım. Şef məni işdə sakit dilli qiz deyə adlandırırdı. Hərdən sadece reseptionda deyil hotel otaqlarınıda işci olmayanda təmizləyirdim. Çünki şef görsün ki mən işləməyi sevən biriyəm və tənbəl deyiləm. Sizdə işverənlərlə qarşılacaqsız və onlar bəlkədə sizə deyəcəklər ki sən yetənəksiz və hələdə gəncsən. Onda mənim sizə tövsiyəm budur, iş verənə bələ deyin;
İşverən sənə baxır və soruçur; Hə de görüm sən nə etmisən?
Səndə cavab ver; Mən heç nə etməmişəm çünki mən bu il 16 yaşıma girdim, lakin mən çox şey bacariram və çox şeylər istəyirəm.

Salam ay millət
Salam millət vətən ey dolu və ya boş insanlar! Ay dostlar oyyyyy oyyyyy həyat necedə stresslidir bəzi zamanlar. Məni bu blogdan uzaqda tutanların səbəbidə bu olub. Başıma nələr gəldi nələəəəər ama şimdi bana mutluluk yakışır Ebru Gündeş demişkən.

Mənə ən maraqlı gələn şeylər yaşamaqdır yemək yeməkdir və idman etməkdir. Mən isə son zamanlar ancaq yemək yeməkdən başqa heç bir şey etmirəm. Birdəki dərs və işlər əllbəttəki.
Bilirsiz bəzən depresiyaya düşdüm və blog yazmadım. Səbəbim isə mənim yazılarımı lağa qoyanlar oldu. Ama Şəbnəmə qulaq asdıqdan sonra mən bildim ki məni xoşbəxt eden yazılarımı başqa insanlara görə yazmıram. Oxuyucularıma sadəcə bunu demək istəyirəm ki, yazılarımı bəyənmirsiszə OXUMAYIN. Mən dünyanın ən Aın Ştaini deyiləm mən sadece bir Türanəyəm özüm istədiyim, özüm bişirdiyim və öz yazılarımı yazan Türanəyəm. Mən birdə ev tapşırığını həll edən qızda deyiləm, yəni heç kimə ev tapşırığı vermirəm ki, sadəcə özüm yazıram sadece özüm üçün.
Yemək yeməkdən söz etmişkən vayy vayy mən getdikcə necədə kökəlirəm. Lakin özümə positiv tövsiyyə verirəm ki mən bəlkədə yetişkən qadın olmağa hazırlaşıram. Məni düz başa düşün ki.... hərdən özümü yaraşıqlı fil kimidə hiss edirəm nə qədər kök olduğumu biləndə. Yeni ilə keçəndə özümə söz verdim ki universteden şirnilər almayacam bu il. "Normal" olmaq istəyirdim ona görə. Ama nə olsun çünki yenədə yeyirəm.
Yemək yeməkdən söz etmişkən vayy vayy mən getdikcə necədə kökəlirəm. Lakin özümə positiv tövsiyyə verirəm ki mən bəlkədə yetişkən qadın olmağa hazırlaşıram. Məni düz başa düşün ki.... hərdən özümü yaraşıqlı fil kimidə hiss edirəm nə qədər kök olduğumu biləndə. Yeni ilə keçəndə özümə söz verdim ki universteden şirnilər almayacam bu il. "Normal" olmaq istəyirdim ona görə. Ama nə olsun çünki yenədə yeyirəm.

Bloqumu dala qaytaran səbəb
Bəzı oxuyucularım və mənım blog yazmağa böyük həvəsim məni bura cəzb edir. Başqalarının acı sözləri məni acilasada mən gülər üzümü kövrəltmək istəmirəm. Bu bloq məni güldürür, fotoqraflarımı paylaşmaq məni güldürür. Ona görə həvəsımı öldürmək istəmırəm. Turanə olaraq davam etmək başqalarına kömək etmək istəyırəm. İstəyirəm ki mənə bunu o qız başa saldı deyə xatırlasınlar. Həyat hər gün maraqlıdır!


Məni tanıtdırmayan yeni bloq
Bu blogum sadəcə bir qadın həyatı olaraq iş və ailə günləri bir biri ilə necə əlaqədərdir deyə bir məqsəd yaradır. Həyatım boyu özumə inanmayan bir genc olmuşam ama başqalarının hər uğruma görə məni nə qədər dəstəkləsədə yenə özümü öndə yox geridə qalan bir gənc kimi tanımışam. Ama bu fikrim məni negativ halada salmır çünki bu düşüncəm məni gələcəyə dahada sadiq addım atmağıma kömək edib və elədə davam etdirməkdədir.
Meni qarshiladiğiniz üçün oxuyucularıma sağ olun deyirəm!
Bəli, azeri blogum əvvəlcədən aldığım xəsarətlərə göz yumub yenidən davam edir. Ama bu defe şəxsi blog kimi deyil sadecə həyat tərzinnən dərs almış gənc bir həyat yoldaşın iş və ev işləri ile əlaqədə olan günlərindən bəhs edəcək. Yazılarıma inanaraq bacarıqlarımı gizlətmək istəmirəm.
O gənc qızın (sadiq oxuyucu) həyatı qazanması üçün mən bu azeri.blogg.se davam edirəm. Yenidən yep yenidən yenədə sizinləyəm. Bu blog sadece heyata rəng qatan bir sayt olmasını istəyirəm. Şəxsi həyatı tanımayan bir sayt. Sadəcə o resepti yaradan bir qadın olmaq istəyirəm. Burda sadəcə reseptlər, social şəbəkələrin sual ve cavabları və çəkdiyim fotoqraflar və reportaj etdiyim filmlerim olacaq.
Meni qarshiladiğiniz üçün oxuyucularıma sağ olun deyirəm!
