Tətil tortum
Bəzən soyuducuda yenilik yaratmaq istəyirəm. Dadı və ətri başqa olan bir ləzzət dahada maraqli olur. Maraqlısıda odur ki mən evə bir şey bişirəndə heç bəzəyə əhəmiyyət vermirəm. Təki dadı ləzzətli olsun. Tətilin ləzzətini bu cur çixartmaq gərək :)
Xəmir
3 yumurta
200 gram şəkər
100 gram un
100 gram kraxmal
1 çay qaşığı bikarbonat
Yumurta və şəkəri köpuklənəcək çal. Un kraxmal və bikarbonatı qarışdır və şəkərli yumurtaya qat. 250 dərəcə isti sobada 30 dəqiqə bişir
Çiyələk şəkəri
200 qram Çiyələk
100 qram şəkər
1 çay qaşığı viski
10 saat qabda qalsın ki dadı bir birinə qarışsın
Krem
Vanilya ilə qarışdırılmış qaymaq



Şərhlər
Trackback
