Rengli foto Ideyalarım


Tortlarımın bişirmə qaydalarım


Çin toyunun tortu

Bir rəfiqəmin rəfiqəsi evlənirdi. Məndən toylarının tortunu bişirməyimi istədilər. Məndə həmi dedim. Dekabır ayında çatdıra bilmədiyimdən bəzən yox demək məcburunda idim. Buda ki inciklərə məhbus olur. Lakin doğurdanda bəzən çatdıra bilmirəm.Dərslərim vaxtımı çox alır deyə. 
Tortum bu oldu mənim. Bəy və gəlin dadınnan və ləzzətinnən çox heyran qaldılar.
Gəlin və bəyin İmzalarını həmişə tort mərtəbəsinin qabının altına alıram.
Gəlin və bəyimiz
Fevral ayında sifariş ala bilməyəcəm. Vaxt azlığına görə. Lakin Martın 3de olan sifarişin planını indiden cızıram. O tort çox gözəl bir tort olacağı üçün dua edirəm. Böyük sifarişdir deyə

Ev dezaynı

Dindədə yazılıb ki yaşıl rəng insana hüzur verir və insani rahatlaşdırır. Bu dogrudanda belədir çünki mən bu sınamışam.
Yaxında bahar gəlir. Kim buna sevinmir. Rahat geyimlər insanın doğurdanda bir formaya aid olduğunu hiss etdirir və mən bu həyatla rahatam. Sizinlə bəzi şəkillərdən paylaşım. Sizdə görun dogurdanda necə gözəllik yarada bilmək olur. Bu gözəllik və hüzur hər evdə ola bilər. Bunu etməyə nə var.

Bilirəm ki bizim azeri adət ənənələrimiz mebelləri şabalıd rəngdə yaxud tünd rənglərə mühim verir. Mənim sevdiyim rənglər isə bunlardır. Birdəki evdə şəxsi ev əşyaları düzəlmək məni çox sevindirir. İşlənməmiş çərçivələri işlədirəm. Axrinci şəklimdəki kimi

Tətil tortum

Bəzən soyuducuda yenilik yaratmaq istəyirəm. Dadı və ətri başqa olan bir ləzzət dahada maraqli olur. Maraqlısıda odur ki mən evə bir şey bişirəndə heç bəzəyə əhəmiyyət vermirəm. Təki dadı ləzzətli olsun. Tətilin ləzzətini bu cur çixartmaq gərək :)
Xəmir
3 yumurta
200 gram şəkər
100 gram un
100 gram kraxmal
1 çay qaşığı bikarbonat
Yumurta və şəkəri köpuklənəcək çal. Un kraxmal və bikarbonatı qarışdır və şəkərli yumurtaya qat. 250 dərəcə isti sobada 30 dəqiqə bişir
Çiyələk şəkəri
200 qram Çiyələk
100 qram şəkər
1 çay qaşığı viski
10 saat qabda qalsın ki dadı bir birinə qarışsın
Krem
Vanilya ilə qarışdırılmış qaymaq


Yeni tortlar bu il dahada çox bişəcək

Ötən il çox meyvədən istifiadə etdim. Bu il isə jelatinli cemlərlə tortlarımı bəzəməyi örgənəcəm. Maraqlı günlər məni gözləyir. Təbi ki sızlərlədə reseptlərimi paylaşacam

Bloqumu dala qaytaran səbəb

Bəzı oxuyucularım və mənım blog yazmağa böyük həvəsim məni bura cəzb edir. Başqalarının acı sözləri məni acilasada mən gülər üzümü kövrəltmək istəmirəm. Bu bloq məni güldürür, fotoqraflarımı paylaşmaq məni güldürür. Ona görə həvəsımı öldürmək istəmırəm. Turanə olaraq davam etmək başqalarına kömək etmək istəyırəm. İstəyirəm ki mənə bunu o qız başa saldı deyə xatırlasınlar. Həyat hər gün maraqlıdır!

Məni tanıtdırmayan yeni bloq

Bu blogum sadəcə bir qadın həyatı olaraq iş və ailə günləri bir biri ilə necə əlaqədərdir deyə bir məqsəd yaradır. Həyatım boyu özumə inanmayan bir genc olmuşam ama başqalarının hər uğruma görə məni nə qədər dəstəkləsədə yenə özümü öndə yox geridə qalan bir gənc kimi tanımışam. Ama bu fikrim məni negativ halada salmır çünki bu düşüncəm məni gələcəyə dahada sadiq addım atmağıma kömək edib və elədə davam etdirməkdədir.
Bəli, azeri blogum əvvəlcədən aldığım xəsarətlərə göz yumub yenidən davam edir. Ama bu defe şəxsi blog kimi deyil sadecə həyat tərzinnən dərs almış gənc bir həyat yoldaşın iş və ev işləri ile əlaqədə olan günlərindən bəhs edəcək. Yazılarıma inanaraq bacarıqlarımı gizlətmək istəmirəm.
O  gənc qızın (sadiq oxuyucu) həyatı qazanması üçün mən bu azeri.blogg.se davam edirəm. Yenidən yep yenidən yenədə sizinləyəm. Bu blog sadece heyata rəng qatan bir sayt olmasını istəyirəm. Şəxsi həyatı tanımayan bir sayt. Sadəcə o resepti yaradan bir qadın olmaq istəyirəm. Burda sadəcə reseptlər, social şəbəkələrin sual ve cavabları və çəkdiyim fotoqraflar və reportaj etdiyim filmlerim olacaq.

Meni qarshiladiğiniz üçün oxuyucularıma sağ olun deyirəm!

RSS 2.0