Zarafatlar


Biz azəri qızlarının əməyi

Bir gün biz 5 azəri qızları bir yerə yığıldıq ən dadlı yemək və şirniyatı bişirdik, bir az dərslərin dərdini çəkdik ama dünyanın ən gülməli əhvalatlarını lağa qoyaraq danışıb güldük haaa qarnımız ağrıyanadək. Bir sözlə, biz zarafatı sevən akademik və dadlı yemək bişirən 5 azəri qızlarıq. 

Bizim naharımızın adını mən toyuq və makaron dolu qazan oldu
İçindəkilər

500 qramqaynadılmış  makaron
100 qram dilimlənmiş toyuq
50 qram lobya
50 qram tomat poresi
50 qram doğranmış bibər
50 qram rəndələnmiş kök
2 xörək qaşığı yağ
400 milliliter süd
100 qram rəndələnmiş sarı pendir
Petruşka
Duz və istiyot
Sobani 200 dərəcəyə qoy isinsin. Birinci toyuğu yağda qızart. Sonra isə tərəvəzləri əlave et birlikdə tərəvəzlər terliyənəcən qızart. Duz və istiyotu əlavə et. Ən axırda tomat puresini tık bir az qaynasın. Sonra isə yemek qatılaşanda südü əlave et. Süd buxarlananda qazdan yemeyi götür.
Qaynadılmış makaronu sobaya uyğun olan qazana tök. Sonra isə hazır olan toyuqlu tərəvəz qızartmasıni makaronun üzərinə əlavə et. Ən sonunda isə rəndələnmiş pendiri yemeyin üstünə yay. Sobaya qoy orda 20 dəqiqə bişsın.
Pendir qizaranda yeməyi sobadan götur. Sufrəyə gələndə doğranmış petruşkanı yeməyin üstünə əlave et. Yemək belə gözəl görünür. 



Biz 5 azəri qızları sizə Nuş olsun deyirik!


Fikrinin qoruyucusu ol

Bir qohumum facebookda öz fikrini yazdı. Bir tələbə kimi mənə bu yazı çox dəqiqi olduğundan çox toxundu. Yazı budur:

6 il ne siqaret cekdim, ne icki icdim, ne de soyus soydum. Sonra 6 yasim oldu, mektebe getdim... ele her sey de bundan sonra basladi.... 2-3 ile getdikce cemiyyetin cirkabina batmaga basladim. 9ci sinifde sevdim.cooox sevdim.. ele bildim xosbextem... 10da artiq qem-keder, siqaret, soyus hamisi basladi... Indi- 20 yasimda artiq hiss edirem ki, cemiyyetin cirkabinda boguluram... Buna gore usaq olmaq isteyirem, usaqligima qayitmaq isteyirem...

Çarə verən fikrimi toplayıb bir cavab yaza bilmədim. Çünki cavabım o qədər geniş idi ki facebook cavabımı qəbul etmədi.

//// Mənim fikirlərim bəzən mənim davranışım olurlar. O qədər güclü davranış olurlar ki, bir diş fırçalamaq davranışı kimi. Hər gün fırçalasam, onda hər gün hijeyənə örgəşdiyimdən dişimi fırçalayıram. İki gün fırçalamasam diş fırçalamaq yadıma bele uzun zamanlarda düşmür.
Mənim bəzən o qədər acı davranışlarım olur ki yadaki narahat davranışlarım, yadaki egoism davranışlarım. Bəzən mən nece  davranıram heç özümdə bilmirem. Özümü heç görmürem.
Bilirəm ki mənim həminki hallarımda faktiki düşmənim fikrimin yayılmasıdır. Bədənim ailəmlə stulda oturub yemək yeyir lakin fikrim olaraq məni məşqul edir. Fikrim mənim problerimi fikirləşir və ancaq özünü danışqan, sıxıcı olan, yersiz məkumlara aid olmuş problemlärlə bir yerə yerləşdirir. Mən tamam başqa yerdəyəm. Yanımdakılar hiss edir ki mən onlarla birlikdə deyiləm çünki sifetim daha cansız və gözlərim dahada kiçikdir. Mən az danışıram, nə desəmdə sözlərim qısa və mənasızdılar. Mən bunu qəsdən etmirəm. Belə davranışa örgəşmişəm mən.

Allaha inanan insanam. Bəzən isə fikirli günlərim (düşmənim) məni Allahdan belə uzağa salır. Bir inanan insan kimi
// məni tanı Allahım, mənim fikirlərimi hiss et, məni imtahana çək və mənim dərdimə dərman ol //
belə dua etmək yadımnan çıxır. O ki mən bilirəm ki Allah mənim dərdimi mənnən yaxşı bilir və omənə kömək edəcək mən özümüə kömək edə bilməsəmdə. Düzgün yolu Tanrı bilir mən yox. Ona görə əvvəl yazdığım duanın gündəlik sahibkarı olmaq istərdim. Yoxsa qohumumun facebookda yazdığı həyat çirkab və yalan olar. Qohumuma bu qədər geniş cavabdan sonra qısa cavabım beledir: Senin o düşüncən sadəcə bir fikirdir. Çünki Tanrı çirkabı tanıyan yox temizliyi sevən Allahdır. Dil sözü etdiyimiz əməldən güclüdür. Günahlarımızı bağışla Allahım!


1001 resepten biri "Pizza kökələri"

Pizza kökələrının xəmiri
**********
4½ decililiter un
1 xörək qaşığı bikarbonat (kabartıcı tozu)
Bir çimdik duz
100 qram şoritzo kalbasası
1 ədəd qırmızı bibər
2 yumurta
2 ½ deciliter qatıq
6 xörək qaşığı semiçka yağı
1 diş sarımsaq
Keşniş, basilika, çüyüd nə göyərtinvarsa olar. Dada və zövqə uyğun birini seç
Pizza kökələrının hazırlanması
***********

Sobanı 200 dərəcəyə qoy. 12 ədəd kökə kağızlarını kökə qablarına (muffins qabı)yerləşdir.
1. Bir qabın içinə unu, bikarbonatı, duzu əlavə et ve qarışdır.
2. Yumurtanı bir az başqa kasada çal. İçinə sonra qatığı, semiçka yağını və əzilmiş sarımsağı əlavə et və qarışdır.
3. Bibəri, kalbasanı, seçdiyin göyərtini doğra. Və unun içinə tök.
4. Çalınmış yumurtalı yağı bibər və kalbasalı una əlavə et və xemir formunda olanacan qarışdır AMMA çox qarışdırma. Bikarbonat çox qarışsa kökələr şişmir.
5. Hazır xəmiri qablara yerləşdir. 14 ədəd kökə olur.
6. Sobada 20 dəqiqə bişir
Nuş olsun!

Hədiyyəmi bloqda paylaşıram

O gün məndə sevindim. Həmdə lap çox sevindim. Bir adam ki şirniyyat xəstəsi olsun və onada bir kitab hədiyyə olunsun içində 1001 dənədə resept. İnsanın üzü bir adi vərəq parçaları üçün nə qədər geniş gülə bilir mənə o maraqlıdır. Həmdə bu yaşda. Bu il 355 günnən ibarətdir. Məndə isə 1001 resept var. Görək neçə dənəsini sizinlə paylaşa biləcəm
Bu günkü reseptim Almali və qozlu vanilya kökəsi olacaq.
İçindəkilər
~~~~~~~~~~~
120 qram yağ
2 dessilitir şəkər
400 qram un
2 ədəd çalınmış yumurta
1½ çay qaşığı kabartma tozu
100 qram qoz
1 ədəd alma
Hazırlanma qaydası
~~~~~~~~~~~~~~~~~
Sobanı 170 dərəcə istiyə qoy ki qızsın
1. Yağla şəkəri köpuklənəcən çal
2. Çalınmış yumurtanı vanilya ilə bərabər yağın üzərinə tök və yenidən çırp
3. Unla kapartma tozunu üzərinə əlavə et və yaxşıca qarışdır
4. Qabını yaxşıca yağla və üzərinə kokos varsa dibinə tök. Yoxsada eybi yox.
5,Xəmiri qaba yerləşdirdikdən sonra qoz ləpəsini və dilimlənmiş almanı xəmirin içinə bas. Sobanın orta yerində qoy 30,40 dəqiqə bişsin.
Nuş olsun!

Bir dəniz aləmindən fotoqraflarım


Sevgililər günü

Fikir verirem bəzi subay dostlarım sabaxki günün olmamağını istərdilər. Ama məncə sabaxki gün sadəcə sevgilin olmalıdır demək deyil. Senin nə qədər sevdiyin var o deməkdir. Anan, atan, bacı, qardaşların və dostların. 
Birdə onada fikir verirəm ki insanlar yanlarında sevgilisi olmayanda özlərini normaya uyğun olmayan kimi hiss edirlər. Eger sədə onlardan birisənsə səndə bir məsləhətdə bulunmaq istərdim.

Işmi axtarırsan?

Men ilk dəfə 16 yaşimda işləməyə, pul qazanmağa başladım. Mənə verilən aylıq heç avtobus puluma çatmırdı. Özümü teriflemirəm ama 16 yaşımda yadımdadı ki özümə söz verdim ki başqaları qoy məni tərifləsin. 16 yaşımda iş axtaranda çox şeyler qabağımı kəsirdi. Təbi ki yaşım kiçik olduğundan. Ama görnüşüm 18_19 yaşını göstərirdi. Mən bir hotele gəlib CV verəndə (Reseptionist olmaq istəyirdim) Şef mənə dedi ki sən burda işləmək üçün çox kiçiksən. O günümü indidə heç unutmuram. Bəli yetişkən yaşlıyla dünya görmuş adamla üzləşmək olmaz ama mənim cavabım bu qadına belə oldu:
Sən düz deyirsən, mən çox gəncəm və dünya görmüş adam deyiləm.
Lakin məncə bu hotelde işləyənlər müştərilər üçün həyatın mənası nədir deyə başa salmırlar.
Bir reseptionist sadəcə müştəri qarşılayıb hotelin qayda qanununu başa salır. Əgər bu sizi maraqlandırırsa onuda deyim ki, bəzi filosof və riyazatçilar orta məktəb illərindən nə olduqlarını bilərək karrieralarında uğur qazanırlar və məndə onlardan biriyəm.

Təbi ki işə alındım. Şef məni işdə sakit dilli qiz deyə adlandırırdı. Hərdən sadece reseptionda deyil hotel otaqlarınıda işci olmayanda təmizləyirdim. Çünki şef görsün ki mən işləməyi sevən biriyəm və tənbəl deyiləm. Sizdə işverənlərlə qarşılacaqsız və onlar bəlkədə sizə deyəcəklər ki sən yetənəksiz və hələdə gəncsən. Onda mənim sizə tövsiyəm budur, iş verənə bələ deyin;

İşverən sənə baxır və soruçur; Hə de görüm sən nə etmisən?
Səndə cavab ver; Mən heç nə etməmişəm çünki mən bu il 16 yaşıma girdim, lakin mən çox şey bacariramçox şeylər istəyirəm.



Salam ay millət

Salam millət vətən ey dolu və ya boş insanlar! Ay dostlar oyyyyy oyyyyy həyat necedə stresslidir bəzi zamanlar. Məni bu blogdan uzaqda tutanların səbəbidə bu olub. Başıma nələr gəldi nələəəəər ama şimdi bana mutluluk yakışır Ebru Gündeş demişkən.
Mənə ən maraqlı gələn şeylər yaşamaqdır yemək yeməkdir və idman etməkdir. Mən isə son zamanlar ancaq yemək yeməkdən başqa heç bir şey etmirəm. Birdəki dərs və işlər əllbəttəki.
Bilirsiz bəzən depresiyaya düşdüm və blog yazmadım. Səbəbim isə mənim yazılarımı lağa qoyanlar oldu. Ama Şəbnəmə qulaq asdıqdan sonra mən bildim ki məni xoşbəxt eden yazılarımı başqa insanlara görə yazmıram. Oxuyucularıma sadəcə bunu demək istəyirəm ki, yazılarımı bəyənmirsiszə OXUMAYIN. Mən dünyanın ən Aın Ştaini deyiləm mən sadece bir Türanəyəm özüm istədiyim, özüm bişirdiyim və öz yazılarımı yazan Türanəyəm. Mən birdə ev tapşırığını həll edən qızda deyiləm, yəni heç kimə ev tapşırığı vermirəm ki, sadəcə özüm yazıram sadece özüm üçün. 

Yemək yeməkdən söz etmişkən vayy vayy mən getdikcə necədə kökəlirəm. Lakin özümə positiv tövsiyyə verirəm ki mən bəlkədə yetişkən qadın olmağa hazırlaşıram. Məni düz başa düşün ki.... hərdən özümü yaraşıqlı fil kimidə hiss edirəm nə qədər kök olduğumu biləndə. Yeni ilə keçəndə özümə söz verdim ki universteden şirnilər almayacam bu il. "Normal" olmaq istəyirdim ona görə. Ama nə olsun çünki yenədə yeyirəm.

Xoşbəxt ol!

Bu videyoda çox düzgünlüyü etiraf edir. Şəbnəmə qulaq asın.

Bu həftənin dadları

Ən birinci şəkilim yaqıdı meyvəli panakotta dezerini təqdim edir. Mən yumuşaq və şirinliyi az olduğundan bu dezeri çox bəyənirəm. Lakin diyeta edənlər üçün çox ziyanli bir şirniyatdır. Kaloria dolu olduğundan.

Panakottanın
içindəkilər sadece bir çimdik vanilya, 2 stəkan qaymaq və ərinmiş jelatinnən ibarət olur. Bunlari bir yerdə bir az isitdikdən sonra qablara tıkurəm sonra isə 20 dəqiqəlik soyuducuda saxlayiram. Süfrədə isə üzərinə şəkərə batırılmış yaqıdı meyvəsi qoyuram. Oldu hazır.
İkinci piçenyaların hazırlanmasıda çox hasantdır. Çayla süfrə başında kiçikdən böyükəcən sevilən bir
Kokos peçenyasıdır.
125 gram yağ
150 gram şəkər
1 yumurta
75 gram kokos
200 gram un
1 çay qaşığı kabartıcı tozu
Sobanı 200 dərəcə istiyə qoy və peçenyanı hazırlamağa başla. 
Yağla şəkəri əməllicə çal. Sonra ayrı qabda çalınmış yumurtanı üzərinə əlavə et. Qarışdır. Sonra isə kokos un və kabardıcı tozu ayrı qabda qarışdır və Şəkərli yağın içinə tök. Sobanın qabını yağlakı peçenya yapışmasım. Bir xörək qaşığı xəmir qoy və əıinnən üzərinnən bas ki yumuru peçenya formasında olsun. Sobada 10 15 dəqiqədə bişəcək.
Bizim evdə alınma soklar qadağandır. Süfrədə evdə bişmiş yemekləri yemək qanunumuz var. Məndə bu qanuna əməl etmək məcburundayam. Ama naşükür deyiləm. Sağlamlıq vacibdir. Hə zəhmət hə ləzzət deyə fikirləşirəm. Dedim sizədə meyvə kampotumu təqdim edim.

Çiyələk kampotu

100 qram buzdamış çiyələk
1 ədəd qırmızı alma
1 stəkan yaqıdı
300 qramda şəkər

Əslində əlimə nə meyvəsi gəldi qazana atıram. Ama meyvənin öz ağırlığınnan 100 qram çox şəkər tökürəm. Qazanın başinacanda su sonra isə meyvənin iyi evi basankimi qazanı istidən götürürəm.
Evimi ev edən Allahın verdiyi hər nemətin dadıdır. Hər nemətə şükür demək lazım!

RSS 2.0